“İşçilərin faktiki aldığı əməkhaqları çox aşağı göstərilir ki…” – DEPUTATbackend

“İşçilərin faktiki aldığı əməkhaqları çox aşağı göstərilir ki…” – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşə götürənlərin işçi sayından asılı olaraq ödədikləri istər gəlir vergisi, istərsə də icbari sosial sığorta ödənişləri fərqli olmalıdır.

Bu təkliflə millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva çıxış edib.

O, xatırladıb ki, bu yöndə təklifini hökumətin parlamentdəki son hesabatı zamanı da səsləndirib.

“İndi də belə hesab edirəm ki, bu fərqlər mütləq olmalıdır”-deyən, millət vəkilinin sözlərinə görə, məsələn, 5 nəfər işçi çalışdıran sahibkarların ödəyəcəyi ödənişlər bugünkü qanunvericilikdə nəzərdə tutulmuş miqdarda, işçi sayı artıqca, bu faizdən bir qədər aşağı salınmalıdır.

“Bu ilk növbədə sahibkarlara stimul yaradacaq ki, iş yerlərinin sayını artırsın. İkincisi də heç kimə sirr deyil ki, bəzi sahibkarlar həmin ödənişləri azaltmaq üçün işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb edir. Digər tərəfdən işçilərin faktiki aldığı əməkhaqqını çox aşağı göstərir.

Hesab edirəm ki, irəli sürdüyüm təklif aidiyyəti qurumlar tərəfindən araşdırılaraq, qanunvericiliyə əlavə olunarsa, bu, həm məşğulluq problemlərinin aradan qaldırılmasına, həm də işçilərin aldıqları real əmək haqqının reallaşdırılmasına təsir göstərəcək. Bu, eləcə də istər dövlət büdcəsinə, istərsə  DSMF-yə daxil olacaq vəsaitin artmasına gətirib çıxaracaq”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

//Editor.az