Bakıda polis əməkdaşı iki yeniyetməni maşınla vurdu: 1 ölü, 1 yaralıbackend

Bakıda polis əməkdaşı iki yeniyetməni maşınla vurdu: 1 ölü, 1 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda polis əməkdaşı iki yeniyetməni maşınla vurdu: 1 ölü, 1 yaralıVurulanlardan biri gələn ay əsgər gedəcəkdi
Dünən gecə saat 12 radələrində Səbail rayonu, Gülbala Əliyev küçəsində (Akapen kimi tanınan ərazi) ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Roman adlı sürücü idarə etdiyi avtomobillə iki yeniyetməni vurub. Onlardan biri hadisə yerində keçinib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

hadisə törədən Roman adlı şəxs Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin əməliyyatçısı, polis zabitidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Səbail polisindən faktı Avtosfer.az-a təsdiq ediblər.

Qeyd edək ki, vurulan gənclərdən biri gələn ay əsgər gedəcəkdi.

//Avtosfer.az