Qazaxıstanda daha iki şəhərin adını dəyişmək istəyirlərbackend

Qazaxıstanda daha iki şəhərin adını dəyişmək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın “Ak Jol” demokratik partiyasının sədr müavini Kazbek İsa Petropavlovsk, Pavlodar və Semey şəhərlərinin adlarının dəyişdirilməsini təklif edib.

O, bu şəhərlərə tanınmış qazax tarixi şəxsiyyətlərin adlarının verilməsini istəyib.

O bildirib ki, Petropalovskun adı Abıl xanın, Pavlodarın adı Kesenarın müstəqlliyinin, Semeyin adı isə Alixan Bukeyxanovun şərəfinə dəyişdirilməlidir.

Xatırladaq ki, martın 20-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astananın adını ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan olaraq dəyişdirilməsini təklif edib. Həmin gün parlament Konstitusiyada müvafiq dəyişiklik edib.

Martın 23-də dövlət başçısı dəyişikliyi təsdiq edib və sərəncam imzalayıb.

//oxu.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!