Türkiyədə hava limanında atışma olubbackend

Türkiyədə hava limanında atışma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kayseri şəhərinin hava limanında polislər arasında atışma baş verib.

Hadisə daxili reyslər terminalında baş verib. Polislər arasında mübahisə baş verib və nəticədə onlardan biri digərinə atəş açıb. Daha sonra atəş açan polis intihar etmək istəyib və yaralanıb.

Polis məmuru Eyyub. B həmkarı Əli.A.-ya tapançadan 3 dəfə atəş açıb. Daha sonra o, eyni silahla özünü öldürməyə cəhd edib.

Yaralanan polislər xəstəxanaya çatdırılıb.

//Trend