Şəhid hərbçinin medalı atasına verildibackend

Şəhid hərbçinin medalı atasına verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mart ayının 21-də qəhrəman sərhədçilərdən biri – cari ilin 10 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısını alarkən şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Editor.az DSX-yə istinadən xəbər verir ki, Dövlət sərhədlərinin mühafizəsində qəhrəmancasına həlak olduğuna görə kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlunun Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı tədbir zamanı şəhid sərhədçinin atasına təqdim olunub.