Gürcü çoban amerikalı ailəni vəhşicəsinə öldürdü – Bu gün hökm oxunacaqbackend

Gürcü çoban amerikalı ailəni vəhşicəsinə öldürdü – Bu gün hökm oxunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanın Qori şəhərinin andlı münsiflər məhkəməsi 19 yaşlı gürcüstanlı çoban Malhaz Kobaurini amerikalı turistlərdən ibarət bir ailəni öldürməkdə təqsirli bilib.
Editor.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
12 andlı münsifdən ibarət heyət dörd saat ərzində qapalı otaqda keçirdikləri məşvərətdən sonra çobanın əksər ittihamlar üzrə təqsirli olduğuna dair qərar çıxarıblar.
Yekun hökm və cəza müddəti martın 27-də – yəni bu gün keçiriləcək məhkəmə iclasında elan olunacaq.
İstintaqa əsasən, iyulun 4-də (2018) müttəhim Duşet rayonunun Hada adlı ərazisində amerikalı turistlər – Rayan Smit, onun həyat yoldaşı Lora Smit və dörd yaşlı oğlu Kelebi qarşılayıb.
Kobauri onları dərəyə apararaq, ov tüfəngi ilə əvvəl ailə başçısını, sonra oğlunu güllələyib. Daha sonra qadını zorlayaraq, onu suda boğub.