Məhərrəm Əliyevin “Diqlas”la heç bir əlaqəsi yoxdurbackend

Məhərrəm Əliyevin “Diqlas”la heç bir əlaqəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 mart tarixində, Bakının Nizami rayonu ərazisində, yanan “Diqlas” Ticarət Mırkəzi ilə Məhərrəm Əliyevin hansısa formada bağlılığının olması barədə yayılan məlumatlara millət vəkili Adil Əliyev aydınlıq gətirib.

Newscenter.az-ın xəbərinə görə, Adil Əliyev bildirib ki, qardaşı Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir ticarətlə bağlı olan obyektlərlə dolayısıyla əlaqəsi yoxdur. Adil Əliyev dayısı oğlu barədə yayılan xəbərlərə də münasibət bildirib:

“O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun Ticarət Mərkəzinin adı “Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsə də “ Ramal” , özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

//Newscenter.az