Məktəbdən müəllimin döyülməsi xəbəri ilə bağlı AÇIQLAMAbackend

Məktəbdən müəllimin döyülməsi xəbəri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının 138 saylı orta məktəbi bu təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Martın 27-də məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib:

“Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib”.

Bakıda məktəbdə şagirdlər xanım müəllimi döyüblər.

Hadisə bu gün 17 saylı tam orta məktəbdə baş verib.

Bir neçə şagird birləşərək ingilis dili müəllimini döyüblər.

Səhiyyə Nazirliyindən oxu.az-a bildirilib ki, hadisə bu gün baş verib:

“Müəllim xəsarət alıb. Nəticədə məktəbə təcilli tibbi yardım çağırılıb. Xanımın həyatı üçün təhlükə yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır”.

//oxu.az