Piratlar Türkiyədən yola düşən tankeri girov götürdübackend

Piratlar Türkiyədən yola düşən tankeri girov götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Tuzla bölgəsindən yola çıxan “Elhiblu 1” adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb.

Palau dövlətinə məxsus olan tanker piratlar tərəfindən girov götürülüb.

Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır.

Hadisə barədə məlumat daxil olduqdan sonra, Liviya Sahil Mühafizə Xidmətinə məxsus döyüş gəmisi tankerə müdaxilə üçün əraziyə göndərilib.

//qafqazinfo