Bakıda dostlar arasında dava: xəstəxanalıq oldu

10:12 | 29 Mart, 2019
Bakının Nərimanov rayonunda dost dostunu ayağından bıçaqlayıb.
Editor.az ONA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
1997-ci il təvəllüdlü Pənahov Elvin Rasim oğlu dostu ilə mübahisə edib. Mübahisənin sonunda E.Pənahov sol ayağının baldır nahiyəsindən bıçaqlanıb.
Yaralı taksi ilə xəstəxanaya çatdırılıb.
Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.