Xərçəngdən vəfat edən rəis müavininin yerinə təyinatbackend

Xərçəngdən vəfat edən rəis müavininin yerinə təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Faiq Şabanov təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Şükür Mehdiyev dünyasını dəyişib.

O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

//oxu.az