Millət vəkili şəhid zabitin ailəsinin yeni mənzillə təmin edilməsi ilə bağlı göstərişə görə Birinci vitse-prezidentə təşəkkür edibbackend

Millət vəkili şəhid zabitin ailəsinin yeni mənzillə təmin edilməsi ilə bağlı göstərişə görə Birinci vitse-prezidentə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Rauf Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

məktubda deyilir:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiasına əsasən şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzili alınıb.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məsələyə tez bir zamanda müdaxilə edib belə bir təşəbbüs göstərməsi bir daha sübut edir ki, Azərbaycanda şəhid ailələrinə diqqət və qayğı ən yüksək səviyyədədir. Bu ailələrin sosial vəziyyəti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim nəzarətindədir.

Şəhid ailəsinə göstərdiyi bu humanist addıma görə, diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü və minnətdarlığımı bildirir və ona bu çətin, eyni zamanda şərəfli işində uğurlar diləyirəm”.

//Trend