Messi Ronaldu üçün darıxıb – “İspaniyaya qayıtmağı əla olardı”backend

Messi Ronaldu üçün darıxıb – “İspaniyaya qayıtmağı əla olardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Argentinanın “Number 10” radiosuna açıqlama verib.

32 yaşlı hücumçu Kriştianu Ronaldo haqqında danışıb. Messi portuqaliyalı ulduzu yenidən İspaniyada görmək istədiyini deyib:

“Roanldu? “Yuventus”a çöx hörmətlə yanaşıram. Çempionlar Liqasını qazanmaq üçün möhtəşəm namizəddirlər və Ronaldu ilə şansları çox yüksəkdir. La Liqada Kriştianunu görmək, həqiqətən, çox gözəl idi. Onun İspaniyaya geri qayıtmağı əla olardı.

Neymar, Mbappe, Azar, Suares, Aquero, hər biri dünyanın ən yaxşı oyunçusu ola bilərlər. Ronaldunu onlardan ayrı hesab edirəm və özümlə eyni qrupa daxil edirəm. Kuboklar qazanmağını izləmək mənim üçün çox çətin olsa da, ona qarşı oynamaq möhtəşəm idi. Hələ də La Liqada olsaydı, yaxşı olardı”.

//Milli.Az