Salyanın icra başçısı sakinləri aksiya keçirməyə məcbur edir- FOTOLAR

13:00 | 30 Mart, 2019

Salyan rayonunun Baba Zənan (Babazanlı) qəsəbəsinin asfalt örtüyünün olmaması narazılığa səbəb olub.

Minval.info xəbər verir ki, sakinlər mövcud vəziyyətdən əziyyət çəkdiklərini və onlarla heç kimin maraqlanmadıqlarını bildirirlər.

Beş minə yaxın əhalinin yaşadığı qəsəbədə avtomobillərin, o cümlədən insanların hərəkəti üçün qəsəbənin yollarının vəziyyət olduqca bərbaddır. Belə ki, asfalt örtüyünün yoxluğu, üstəlik, hər tərəfin palçıq olması insanların yaşam tərzinə mənfi təsir göstərir. Rayonun mərkəzi ilə qəsəbəni birləşdirən körpü inşa edildikdən sonra burada nəqliyyatın hərəkəti intensivləşib.

“İllər öncə cəmi bir küçəyə asfalt çəkilmişdi. Həmin küçə məktəbdən qəsəbənin çıxışına qədər olan yolu əhatə edir. Kür daşandan sonra buradan keçən yük maşınları buranı dağıtdı. Uşaqlar dərsə gedə bilmir. Yüngül yağış yağan kimi hər yer palçıq olur. Rayonun mərkəzinə gedənlər özü ilə iki ayaqqabı aparır. Palçığı keçir sonra gedib ayaqqabısını dəyişir. “Azərsu”nun əməkdaşları da yolu qazıb dağıdıb necə var elə qalıb” – sakinlər bildirir.

Şikayətçilər deyir ki, dəfələrlə rayonun icra hakimiyyətinə müraciət edilib, amma bununla maraqlanan olmayıb:

“İndiyə qədər dövlət qurumlarının heç bir rəsmi nümayəndəsi qəsəbəmizə gəlməyib. İcra başçısı Sevindik Hətəmov yalnız özünü reklam etməklə məşğuldur. Arada bəzi yerlədə tədbir keçirir, yalan vədlər verir”.

Sakinlər həmçinin bildirir ki, icra başçısının laqeydliyi bizi aksiya keçirməyə məcbur edir.

Minval.info məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən əlaqə nömrəsinə zəng vurdu. Telefonu açan şəxs ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalı olduğumuzu söylədi. Amma təqdim edilən nömrəuə vurduğumuz zənglər cavabsız qaldı.

Salyanın icra başçısı sakinləri aksiya keçirməyə məcbur edir-

//Editor.az