Aftandil Hacıyev: “Essyen istədiyimiz formada deyil”backend

Aftandil Hacıyev: “Essyen istədiyimiz formada deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edən “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra fikirlərini bölüşüb.

37 yaşlı mütəxəssis qələbəni şərh edib: “Hər oyun gərgin keçir. İlk hissəni yaratdığımız epizodlara görə, aktivimizə yazmaq olar. Fasilədən sonra çətin keçəcəyini bilirdik. Lakin futbolçular da xarakter nümayiş etdirdilər. Bu qələbəyə görə də onları təbrik edirəm. Bundan sonra hər turda xal qazanmaq qızıla bərabərdir. “Zirə” beş oyun uduzmurdu. Onlara gələcək matçlarda uğurlar arzu edirəm”.

Hacıyev yeni transfer Maykl Essyenə şans verməməsi barədə bunları deyib: “Essyeni meydana buraxmağı düşünmüşdük. Oyunun gedişatından çox şeylər asılı olur. Növbəti turlarda ona şans verə bilərik. Essyen məşhur futbolçudur, ancaq indi istədiyimiz formada deyil”.

//Sportal.az