backend

Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda narkotik tərkibli bitkiləri əkib becərən ailə üzvləri saxlanılıb.
Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər.
Keçirilmiş tədbir zamanı Balakən rayonun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev, atası 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.
Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Ötən gün isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədi ilə Qaxa gətirib. Polis əməkdaşları onları narkotik bitkilərə qulluq edərkən saxlayıblar.
Qeyd edək ki, E.Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
///report

Facebook Notice for EU! You need to login to view and post FB Comments!