Bakıda azyaşlı qız valideynlərini axtarırbackend

Bakıda azyaşlı qız valideynlərini axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində nəzarətsiz uşaq tapılıb. 
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb.
O qeyd edib ki, polis əməkdaşları qızın valideynsiz olduğunu görüb sığınacağa gətiriblər: “Dünən telekanalların bir çoxunda Məryəmin valideyn və yaxınlarının axtarşı ilə bağlı süjetlər göstərilib. Əgər onu tanıyan varsa xahiş edirik, təşkilatın qaynar xəttinə – 055 466 08 06 nömrəsinə məlumat versin.
Azyaşlının diləndirilmə, təhsildən yayındırılma halları da ehtimal olunur”.