backend

İcra başçısı bayramı cəbhə bölgəsində qeyd etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon icra hakimiyyəti cəbhə bölgəsində xidmət edən əsgərlərlə 26 İyun- Silahlı Qüvvələr gününü və Ramazan bayramını qeyd etdilər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.
Müstəqil Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Ümummilli lider Heydər Əliyev tərəfindən Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.
Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qoşun növlərimiz düşmənlə mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvlərinə malik ən güclü ölkələrdən sayılır. Budcə vəsaiti ildən ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları günü –gündən genişlənir.
2016-cı ilin aprelin 2-dən 5-dək mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoydular. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Qısa müddətdə Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılaraq, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi və ətrafındakı yüksəkliklər,xüsusilə “Lələtəpə” yüksəkliyi eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və ruh yüksəkliyi düşmənə sarsıdıcı zərbələr endirməyə
kömək etdi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şanlı Ordumuzun düşmənə layiqli cavabını qiyməyləndirərək söyləmişdir: “Qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi… Biz böyük hərbi qələbəni qazandıq. Ermənistanın ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarları onlar özləridir”
Cəbhə bölgələrində Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqli cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı ölkəmizin hər yerində böyük sevinc və qürurla qarşılandı.
Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındadndır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Azərbaycanın Müdafiə Nazirliyinin beynəlxalq əlaqələrinin inkişafı da ordumuzun möhkəmlənməsində xüsusi factor kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən vətənpərvərlik və xüsusilə hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərə xüsusi önəm verilir. Hər zaman hərbi hissələrlə sıx əlaqəli şəkildə əməkdaşlıq edərək ənənəvi olaraq tədbirlər təşkil edilib keçirilir. Bayram günlərində, xüsusilə Bayraq günü və Novruz bayramı günlərindədə Nəsimi rayon İcra Hakimimiyyəti bu bayramları cəbhə bölgəsində əsgərlərlə birlikdə qeyd edirlər.
Bu tədbirlərin davamı olaraq 26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq qeyd etmişdir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi islahatlar və iqtisadi inkişaf respublikamıza beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, ölkəmizin demokratik imici günbəgün möhkəmlənmişdir.Silahlı Qüvvələrin ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurla davam etməkdədir.
Son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.
Qonaqlar Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələrini, rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Bayram tədbirində ilk dəfə səslənən “Azərbaycan əsgəri” mahnısının sədaları altında hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmışdırlar. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişdirlər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????