AZƏRBAYCANDA BƏLƏDİYYƏ SEÇKİSİNƏ MARAQ NİYƏ AZDIR ? – MÜTƏXƏSSİS İZAH EDİRbackend

AZƏRBAYCANDA BƏLƏDİYYƏ SEÇKİSİNƏ MARAQ NİYƏ AZDIR ? – MÜTƏXƏSSİS İZAH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhərrəm Zülfüqarlı:“ Qardaş ölkədə bələdiyyələrin nüfuzu və səlahiyyəti həddindən artıq çoxdur. Azərbaycanda isə bələdiyyələrin nüfuzu və səlahiyyəti çox aşağı səviyyədədir ”

“Türkiyədə bələdiyyələrin tarixi daha qədimdir. Azərbaycanda isə bələdiyyələr 1999-cu ildən formalaşmağa başlayıb”. Bunu “Sherg.az”a açıqlamasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

Türkiyədəki seçkilərlə Azərbaycandakı bələdiyyə seçkisini müqayisə edən ekspert bildirib ki, biz Avropa Şurası qarşısında götürdüyümüz öhdəliyə uyğun olaraq bələdiyyə institutlarını formalaşdırmışıq:

“Türkiyədə bələdiyyə seçkisinin aktiv şəkildə keçirilməsinin əsas səbəbi odur ki, qardaş ölkədə bələdiyyələrin nüfuzu və səlahiyyəti həddindən artıq çoxdur. Azərbaycanda isə bələdiyyələrin nüfuzu və səlahiyyəti çox aşağı səviyyədədir”.

M.Zülfüqarlı vurğulayıb ki, Azərbaycanda bələdiyyə seçkisinin aktiv formaya keçməsi üçün yerli özünüidarə etmə orqanlarının səlahiyyətləri artırılmalıdır:

“Bələdiyyələrin səlahiyyətlərinin artması onların nüfuzunun artmasına da təsir göstərəcək. O zaman yerlər uğrunda mübarizə gərgin keçəcək. Amma hələlik Azərbaycandakı bələdiyyələr icra hakimiyyətinin bir əlavəsi olduğu üçün namizədlərdə də, elə ictimaiyyətin özündə də seçkiyə maraq çox azdır. Əgər biz bu problemi həll edə biləriksə, Azərbaycanda bələdiyyə seçkisinin fəallığına nail ola bilərik”.