Millət vəkili: “Banklar kredit faizlərini aşağı salacaq”backend

Millət vəkili: “Banklar kredit faizlərini aşağı salacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda problemli kreditlər üçün ayrılan vəsait müəyyən qədər bank sisteminə müsbət təsir edəcək. Problemli kreditləri daha çox olan bankların (10 min ABŞ dollarınadək olan kreditlər) vəziyyəti yaxşılaşacaq. Çünki dövlət büdcəsindən kifayət qədər maliyyə ayrılıb. Bu da bankların kapitallaşmasına və kredit portfelinə müəyyən qədər müsbət təsir göstərəcək. Bunu ONA-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

“Verilən fərmanın böyük təsiri olacaq və kredit faizləri müəyyən qədər aşağı salınacaq. Çünki bəzi banklarda 10 min dollara qədər olan problemli kreditlər kifayət qədərdir. O banklar da faizləri mütləq aşağı salmalıdır. Bütün bunlar ona görə olunur ki, insanlar, sahibkarlar aşağı fazilə kredit ala bilsinlər və gələcəkdə yenidən belə bir problemlə üzləşməsinlər”, – deyə Vahid Əhmədov bildirib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək.
Artrıq problemli kreditlərlə bağlı qaydalar müəyyənləşib. Belə ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydaları da müəyyənləşib.