Penitensiar Xidmətdən dustaqlar arasındakı dava ilə bağlı – AÇIQLAMAbackend

Penitensiar Xidmətdən dustaqlar arasındakı dava ilə bağlı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Unikal.org-a açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib:

“2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında məişət zəmnində münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar əsassızdır”.