3 uşaq anası hakim qarşısında: “Xüsusi amansızlıqla öldürməmişəm”backend

3 uşaq anası hakim qarşısında: “Xüsusi amansızlıqla öldürməmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda ərini qətlə yetirməkdə ittiham edilən qadın hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
3 uşaq anası olan V.Orucova bildirib ki, övladlarının hamısı azyaşlıdır. O, qətli xüsusi amansızlıqla törətmədiyini deyib.
Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 24-də baş verib.
Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun arvadı Vəfa Orucova saxlanılıb.
Hadisə mərhumun azyaşlı övladlarının gözü qarşısında baş verib. İlkin məlumata görə, mərhumun spirtli içki qəbuluna görə arvadı ilə tez-tez mübahisələri olurmuş. Sonuncu belə mübahisə isə qətllə nəticələnib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
///Musavat.com