“İcra hakimiyyəti orqanları bütün məsələləri tendersiz necə istəyir həll edir” – Vahid Əhmədovbackend

“İcra hakimiyyəti orqanları bütün məsələləri tendersiz necə istəyir həll edir” – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.
“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”, – V.Əhmədov bildirib.