“Müasir cəmiyyətdə sağlam ailənin qorunması” tədbiri keçirilib – Fotobackend

“Müasir cəmiyyətdə sağlam ailənin qorunması” tədbiri keçirilib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəsimi rayon İcra Hakimiyyətində “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.
Editor.az xəbər verir ki, aprelin 4-də Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi rayonu Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində mühüm işlər görürlər. Heydər Əliyev Fondu bununla bağlı mühüm layihələr həyata keçirib.
Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətimizin ən mühüm vəzifəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailə dəyərlərimizin qorunması üçün hüquqi baza mövcuddur. Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur.
Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, milli-mənəvi dəyərlərimiz təbliğat yolu ilə gənclərimizə aşılanmalıdır və bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür.
Mövzu ilə bağlı çıxış edən QHT nümayəndələri, fəal qadınlar dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyətindən danışıblar.