backend

“Yalnız erməni əsilli adam deyə bilər ki…” – Bəhruz Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fikrət Məmmədov adlı şəxsin damarlarında azərbaycanlı qanı axsaydı, şərəf və ləyaqətini itirməsəydi, heç zaman müqəddəs atributlarımızdan olan – Azərbaycan dili barədə aşağılayıcı fikirlər səsləndirməzdi. Yalnız erməni əsilli adamlar bu cür fikirlər səsləndirə bilərlər”.
Bu sözləri Editor.az-a açıqlamasında “Səs” qəzetinin və eyniadlı media holdinqin rəhbəri Bəhruz Quliyev söyləyib.
Onun sözlərinə görə, Fikrət Məmmədov bununla Leyla Yunus, Xədicə İsmayıl, Əkrəm Əylisli kimi antimilli ünsürlərin sırasına qoşulub:
“Bir insan ki, müqəddəs milli dəyərləri öz şəxsi maraqlarına alət edirsə, onun üçün şərəf, ləyaqət, vicdan amili arxa plana keçir. Mən o adamı tanımıram, yaxşı ki, tanımıram. Görünür bu yolla “cem dayı”lardan “xeyir-dua ” almaq istəyib. Yəqin istəyir ki, antimilli cəbhəyə qoşulub, müəyyən maddi gəlirlər əldə etsin. Azərbaycan dili hər bir azərbaycanlı üçün ən gözəl dildir. Biz bu dildə danışmaqla fəxr edirik. Çox gözəl dilimiz var və Azərbaycan dili bizim qürur mənbəyimizdir”.
Xatırladaq ki, iş adamı Fikrət Məmmədovun sosial şəbəkədə rus dilində Azərbaycan dilini aşağılayan status yazıb. İş adamı bildirib ki, Azərbaycan dili “kütləvi yaltaqlıq dilidir”.
// Editor.az