Evin tək oğlu 29 yaşında vəfat etdi, ata da cavan ölmüşdü… – Azərbaycanda ailə dramıbackend

Evin tək oğlu 29 yaşında vəfat etdi, ata da cavan ölmüşdü… – Azərbaycanda ailə dramı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Salyanda baş verən ağır qəzada vəfat edən şəxslərdən biri ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Editor.az publika.az-a istinadən xəbər verir ki, Sarvan kəndi ərazisində idarə etdiyi “Hyundai” markalı avtomobili su kanalına aşıran Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu evin tək oğlu olub.

Bildirilir ki, Şəhriyarın atası 35 yaşında vəfat edib. O, atasının dünyasını dəyişməsindən sonra bacısı ilə birgə anasının himayəsində böyüyüb. Rayonda ticarətlə məşğul olan Şəhriyar Abışov dostları ilə birgə kafedən qayıdarkən dəhşətli qəzaya düşüb. Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü, Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlunun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.