“Azərbaycandakı bu məktəb hər kəsi heyran etdi”backend

“Azərbaycandakı bu məktəb hər kəsi heyran etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı ilə FIRST LEGO LEAGUE (FLL) – STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirildi. Turnirin bu ilki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır.

Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılmışdır.

Şagirdlər “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə yarışdılar. Həmin kateqoriyalar üzrə qiymətləndirmə isə Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparıldı.

Yarışda iştirak edən komandalar hamısı güclü, biri-birinə rəqib və dost idilər. Bu komandalardan biri də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının “Mübarizlər” komandası idi. Layihə rəhbəri Sona Həmzəyeva, layihə rəhbərinin köməkçisi Kərim Kərimov və komanda üzvləri: Fərid Seyidov, Səid Nağıyev, Sənan Fərzəlizadə, Nizami Məmmədov, Rauf İmaməliyev, Cavanşir Qurbanov idi.

“Mübarizlər” komandası dörd kateqoriya üzrə yarışa tam hazır olduqları üçün yüksək nəticə göstərərək turnirin qalibi oldu. Turnirin digər qalibi isə Bakı Modern məktəbinin komandası oldu.

Kuboku komandaya Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təqdim etdi.

Hər 2 komanda üzvləri “Yaşıl Mars” layihəsini həyata keçirəcək ən yaxşı robotları proqramlaşdıraraq ölkəmizi 22-25 may tarixlərində Türkiyə Açıq Beynəlxalq Çempionatında təmsil edəcəklər.