Özünə qəsd edən məktəbli qız ətrafında qalmaqal böyüyür… – Gizli məqamlarbackend

Özünə qəsd edən məktəbli qız ətrafında qalmaqal böyüyür… – Gizli məqamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı hadisəsi ətrafında müzakirələr səngimir.

Editor.az minval.info-ya istinadən xəbər verir ki, hüquqşünas Samirə Ağayeva mətbuatda və sosial şəbəkələrdə gedən məlumatlar əsasında bir neçə qeydlər aparıb.

O bildirib ki, Elina xəstəxanaya çatdırılanda həkimlərin dediyinə görə, yalnız ayağın sınığı ilə çatdırılıb: “Sonuncu epikrizdə onun müxtəlif sınıqlar və beyin travmasından ölməsi qeyd edilir”.

Mütəxəssis təhsil və səhiyyə nazirliklərində ətraflı və obyektiv xidməti araşdırmanın aparılmalısının vacibliyini vurğulayıb:

“Yetkinlik yaşına çatmayan şəxs məktəbdə (uşaq bağçasında, internatda və s.) olarkən məhz həmin müəssisənin rəhbərliyi və əməkdaşların nəzarətinə verilir və yalnız onlar məsuliyyət daşıyır. Məktəb direktoru və müəllimləri bundan əlavə mənəvi məsuliyyət daşıyırlar, çünki digər şagirdlərin Elinaya qarşı davranışlarını görə heç bir tədbir tətbiq etməyiblər”.

Samirə Ağayeva, həmçinin qeyd edib ki, Elinanin anasına qızının sentyabr ayından məktəbə gəlməməsi barədə məlumat verilməyib: “Məlumata görə, Elinaya Cavad adlı oğlan “Tramadol” dərmanı verirdi. Bu dərman güclü psixotrop dərmanıdır və xərçəng xəstələrinin əzablarını azaltmaq üçün verilir. “Tramadol” heç bir aptekdə satılmır və yalnız uçotda olan xəstələrə pulsuz verilir. Bu dərman oğlanın əlinə necə düşüb, oğlan onu haradan tapıb ya alıb? Məktəbdə yerləşdirilən kameralar ətraflı və detallı araşdırılmalıdır”.

Hüquqşünas vurğulayıb ki, Elina xəstəxanada olarkən onun yanına anasının buraxılmaması və direktorun buraxılması səbəbləri araşdırılmalıdır.

“Meyitin üzərində ekspertiza keçirilməlidir. Ölkənin uşaq hüquqları müdafiə edən təşkilatlar bu yöndə ciddi işlər görməlidir. Uşaq intiharın səbəbləri və s. ictimaiyyətdə geniş müzakirə aparılmalıdır”, – sonda Samirə xanım əlavə edib.

Milli.Az