Elinanın intiharı ilə əlaqədar bu iki şəxs prokurorluğa çağırıldı – FOTObackend

Elinanın intiharı ilə əlaqədar bu iki şəxs prokurorluğa çağırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytaxtın 162 nömrəli məktəbində 8 sinif şagirdi Elina Hacıyevanın intihar faktı üzrə istintaq hərəkətləri davam etdirilir.
AZXEBER.COM Movqe.az-a istinadən xəbər verir ki, bu gün Elina Hacıyevanın Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə şahidlərin və digər zəruri şəxslərin dindirilməsi məqsədilə istintaq hərəkətləri aparılıb. Bakı Şəhər Prokurorluğunda Elinanın rəfiqəsi Z.Ş (adı şərtidir) və anası  Leyla Şirinova ifadə veriblər.
İstintaq davam etdiyi üçün Elinanın rəfiqəsinin və anası Leyla Şirinovanın ifadəsini açıqlamırıq. Amma qızının rəfiqəsinin ölümündən hədsiz hiddətlənən ana Avvaz.org saytı vasitəsilə başladılan petisiyada məktəbin direktoru Sevinc Abbasovanın və Elinanı zəhərləyən müəllimlərin cəzalandırılmasını xahiş edib.