Beynəlxalq İşçi Qrupu: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilərbackend

Beynəlxalq İşçi Qrupu: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qətldə ittiham olunmayan Şahbaz Quliyevin azad olunması məsələsi müzakirə oluna bilər”.
Editor.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen Ermənistanın news.am saytına müsahibəsində deyiblər:
“Azərbaycan tərəfi Dilqəm Əsgərovla Şahbaz Quliyevin müəyyən şərtlər qarşılığında azadlığa buraxılmasını təklif etmişdi. Heç olmasa onlardan brinin azadlığa buraxılmasını. Məsələn, heç bir qətldə ittiham olunmayan Şahbaz Quliyevin azadlığa buraxılmasını müzakirə etmək olardı”.
Beynəlxalq İşçi Qrupun fikrincə, onların azadlığa buraxılması humanitar addım olardı: “Biz bilirik ki, erməni tərəfi cinayətlərə görə məhkum olunanlarla sadə vətəndaşları dəyişməyə hazır deyil. Amma düşünürük ki, humanizm baxımından Ermənistan tərəfi əsir və girovların dəyişməsi məsələsində güzəştə gedə bilər. Ən azından bu məsələni müzakirə etmək olar”.
Hüquq müdafiəçiləri hazırda əsir və girovların dəyişdirilməsi, itkin düşənlərin axtarışı ilə bağlı münaqişə tərəflərinin əməkdaşlıq etmədiklərini və bunu aradan qaldırmaq üçün səy göstərdiklərini əlavə edib.