Azərbaycanın səfirinin saatı oğurlanıbmış – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanın səfirinin saatı oğurlanıbmış – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarus Daxili İşlər Nazirliyi Minsk Milli Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfiri  Rəşad Məmmədovun saatının oğurlanması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. 
Editor.az qafqazinfo-ya istinadən xəbə verir ki, açıqlamada bildirilir ki, hadisə bu il martın 17-də baş verib:
“Azərbaycanın Qazaxıstandakı səfiri saatını biznes-zalda unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı “tərk edilmiş” əmlakı götürüb. Faktla bağlı müraciətdən sonra cinayət istintaq əməkdaşları bir neçə saat ərzində şübhəlinin kimliyini müəyyənləşdirərək oğurlanmış əşyanı geri qaytarıblar. Həmin şəxs barəsində isə Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi açılıb”.
Qeyd olunur ki, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov daxili işlər naziri İqor Şuneviçə məktub yollayaraq oğrunun tapılmasında göstərilən köməyə görə təşəkkür edib: “Bu fürsətdən istifadə edərək Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına Azərbaycan Respublikasının Belarusiyadakı səfirliyinə gösərilən  hərtərəfli dəstək və anlayış üçün şəxsən təşəkkür edirəm”.
Bu məqamda xatırladaq ki, Qazaxıstandakı səfirlikdən “Qafqazinfo”ya bildirilmişdi ki, sözügedən olayın Rəşad Məmmədovla əlaqəsi yoxdur və o, həmin vaxt Belarusda səfərdə olmayıb.