Azərbaycanlı dayə türkiyəli prodüserin çayına yuxu dərmanı qatıb evini soydubackend

Azərbaycanlı dayə türkiyəli prodüserin çayına yuxu dərmanı qatıb evini soydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli prodüser Osman Yağmurderelinin həyat yoldaşı Esin Yağmurdereli azərbaycanlı dayə tərəfindən soyulub.
Editor.az axşam.az-a istinadən bildirir ki, qısa müddət əvvəl şirkət vasitəsilə özünə dayə axtaran Esinin evinə gələn azərbaycanlı onun çayına yuxu dərmanı qatıb.
Evdəki zinət və Osman Yağmurderelinin özəl əşyalarını oğurlayan köməkçi yenidən Azərbaycana qayıdıb.
“Üç gündür işə başlamışdı. Sonra bu hadisə yaşandı. Ən böyük problem dayəni təmin edən şirkətlərdədir. Onu Allaha həvalə edirəm”, – Esin bildirib.