Mərkəzi küçələrdə hərəkət tam məhdudlaşdırılacaqbackend

Mərkəzi küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Editor.az-a verilən məlumata görə, bu məqsədlə sabah axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.