Sumqayıtda “Ruzigar” ləqəbli reper həbs edilibbackend

Sumqayıtda “Ruzigar” ləqəbli reper həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Ruzigar” ləqəbli reper kimi tanınan Sumqayıt şəhər sakini Aydın Hüseynov ötən gün Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

A.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham edilir.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə A. Hüseynov 30 sutka müddətində inzibati qaydada həbs edilib.
Xatırladaq ki, aprelin 3-də “Kazbekə şey basım” meyxanasını oxumaqla gündəmə gələn “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.

//ONA