Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirirbackend

Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-də Almatıdakı “Kazjol” otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək.

Tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və “Milli şirkət “Kazakh Tourism” Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir.

Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır.

Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal “B2B” formatında danışıqları nəzərdə tutulub.

Trend