Çingiz Abdullayev Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsini yaradıcılığına verilən böyük qiymət kimi dəyərləndiribbackend

Çingiz Abdullayev Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsini yaradıcılığına verilən böyük qiymət kimi dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi inqilabi islahatlara, insanların rifahi üçün atılan addımlara, vətəndaşların bütün kateqoriyalarına göstərilən dövlət qayğısına ziyalı mövqeyini bildirib.

tanınmış qələm sahibi Azərbaycanda həyata keçirilən son sosial islahatları yüksək qiymətləndirib:

“Bildiyiniz kimi, ölkədə fəaliyyət göstərən bütün yaradıcılıq təşkilatlarına vəsait ayrıldı. Biz Yazıçılar İttifaqı olaraq bu vəsaitlə kitab çap edirik, ehtiyacı olan yaradıcı insanlara, xəstələrə kömək edirik, bu vəsaitdən mükafatlar veririk. Bu baxımdan ölkədə həyata keçirilən islahatları dəstəkləyirəm və bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan bu siyasi xətti hər birimiz dəstəkləməliyik. Görülən bu işlər mütləq qeyd edilməlidir. O ölkələrdə ki dövlət başçısı, məmurlar mədəniyyətə, elmə, təhsilə diqqət ayırır, həmin dövlətlər inkişaf edir”.

Yazıçı 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsini yaradıcılığına verilən böyük qiymət kimi dəyərləndirib: “Bu, yaradıcılığıma verilən böyük qiymətdir. Hörmətli Prezidentimiz İlham Əliyevə çox böyük minnətdarlığımı bildirirəm. Bundan sonra da Azərbaycanı dünyada daha yaxşı təmsil etməyə və həmişə ölkəmizin mövqeyini müdafiə etməyə çalışacağam”.

Milli.Az