Göyçayda spirtli içki qəbul edən kişi xəstəxanada öldü

13:28 | 15 Aprel, 2019

Göyçayda xəstəxanada ölüm hadisəsi baş verib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 14-də gecə saatlarında baş verib.

Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 2, ev 14-də yaşayan, 1971-ci il təvəllüdlü Xəlilov Namiq Feyruz oğlu yaşadığı evdə spirtli içki qəbul etdiyindən halı pisləşib.

N.Xəlilov Təcili Tibbi Yarfım maşını ilə Göyçay rayon Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.