Azərbaycanın məşhur iş adamının vəfat xəbəri DOĞRU ÇIXMADI

14:49 | 15 Aprel, 2019

Mətbuatda “Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanovun bu gecə qəflətən vəfat etməsi haqqında xəbər yayılıb.

Editor.az xəbəri dəqiqləşdirmək üçün araşdırmalar aparıb. İş adamına yaxın etibarlı mənbələr Rasim Salmanovun vəfatı xəbərini təkzib edərək, onun işinin başında olduğunu bildiriblər.

Qeyd edək ki, Rasim Salmanov “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibdir.

//Editor.az