“Dedilər ki, Afaq ana deyil, yalandan ağlayır, şou edir”backend

“Dedilər ki, Afaq ana deyil, yalandan ağlayır, şou edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Afaq Gəncəli keçmiş həyat yoldaşından danışıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, “Söhbətsiz” verilişinin qonağı olan Afaq sevmədən ərə getdiyini etiraf edib:

“20 yaşım var idi, deyirdilər ki, səni sevir, bundan artıq kim səni sevəcək? Çox sevildim, qarşılığında böyük hörmət etdim. Türk vətəndaşı idi, 23 yaşında onla ailə qurdum. Onu sevmədim, amma hörmətim var idi. İndiyənə qədər o, insanın ailəsi, völadları, valideynləri ilə gözəl münasibətdəyik. Qarşılıqlı anlaşma ilə ayrıldıq, dava-dalaş olmadı”.

Afaq həyatında heç kim olmadığını deyib:

“Tanınmış simaların bir çoxları oturuşumuz, duruşumuz, nə yeyib-içirik, rəqs edirik telefonlardadır. Heç kim kiminsə dostumuz olduğunu başa düşmürlər. Qardaşımla video qoydum, dedilər, sevgilisidir. Ona görə də biz ya qapalı yerə gedirik, ya da evə qaçırıq. Deyirlər ki, bunun nəsə əmması var. Ona görə də bizdə alınmır. “Gülü sevən, tikanınına dözər” deyirlər. Amma gülü sevən yoxdur”.

Aparıcı dünyasını dəyişən oğlu Qədirxandan danışıb:

“Anam deyirdi vəziyyət pisdir, qaçırdım. Çenodanım maşında gəzirdim. Gedirdim, qayıdıb gəlib Bakıda tıdbirlərimi aparırdım. Bu mexanizm məndə var idi, yoruldum. Bizə 6 ay vaxt verdilər. Amma 1 il yarıma kimi uzatdım. Dərmanlarla, bilmirəm… Həkim diaqnoz qoydu, və dedi ki, 6 ay vaxtı var. Yerişinə, ayağında problem olduöunu düşünüb, həkimə apardım. Atası tərəfdən mənəvi kömək olurdular. Anam da qalırdı uşağın yanında. Həkimlər amansız olur. Deyirdilər ki, bu otaqdan heç kim ayılıb getməyib. Qışqırdım, dedim, biz birinci olacağıq. Həkimlər dedi yeriməyəcək, amma yeridi də. Onu gəzməyə aparırdım. Son vaxtlarda hər şey yadından çıxırdı. Bir kitabı ona 3 dəfə aldım. Amma demirdim ki, almışam. Gözü zəiflədi. Qəbul etmirəm, o, hələ də mənimlədir. Onu tez-tez yuxuda görürəm, danışıram. Mütləq onunla qovuşacağıq. Beynimə həkk etdirdim ki, mən də bu dünyada qonağam, onunla qovuşacam. Uşaq komaya düşəndə Bakıda idim. Son sözü olub ki, anamı görmək istəyirəm. Deyirdi, ana, gözəl gülüşün var, ağlama. Tez-tez gedirəm ziyarətinə. Danışıram, dərdləşirəm, planlarımı deyirəm. Qalsaydı 16 yaşı olacaqdı.

Ən gözəl kəlmə “ana-ata”dır. Kiminsə çox uşağı olanda, eşidir. Amma yeganə övladın olanda adaha “ana” kəlməsini eşitmirsən. Hərdən deyirəm ki, mən də ana idim axı. Heç vaxt, heç vaxt demə. Təbii ki, o yeri verən olmayacaq. Amma mən bundan sonra hansı ailədən danışım? Aparıcı Lamiyə Ələkbərova hər zaman deyir ki, ana ol.

40 gündən sonra fikirləşdim ki, işdən çıxım, çalışmayım. Rəhbərlik söhbət etdi, dedi, nə edəcəksən? Dedi ki, burdan gedib, özünü öldürəcəksənsə, get. Dedilər ki, sən ana deyilsən, yalandan ağlıyırsan. Hətta bir məşhur deyib ki, o, şou edirdi, ana deyil”.