Bakıda DƏHŞƏTLİ QƏTL – Həbsxanadan çıxdı, iki bacısını bıcaqladıbackend

Bakıda DƏHŞƏTLİ QƏTL – Həbsxanadan çıxdı, iki bacısını bıcaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bacıları – 1964-cü il təvəllüdlü Əlimanova Səadət və 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı – Əlimanova Məlahət Şirbala qızı isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

//Oxu.az