Azərbaycan Prezidenti: “Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”

14:20 | 16 Aprel, 2019

Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” səhifəsində qeyd edib.

Dövlətimizin başçısı bildirib: “Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”.

//AZƏRTAC

Diaspora.az