“Yuventus Real-dan daha yaxşıdır”backend

“Yuventus Real-dan daha yaxşıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ayaks”ın baş məşqçisi Erik ten Haq “Yuventus” ilə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunu ilə bağlı proqnozlarını bölüşüb.

Editor.az goal.az-a istinadən xəbər verir ki, o deyib:

“mövsümün əvvəlində heç kim gözləmirdi ki, biz Çempionlar Liqasının ¼ final mərhələsində oynayacağıq. Lakin komanda mükafatlar uğrunda mübarizə apara biləcək irəliləyişə nail oldu. Biz özümüzə və yaxşı nəticəyə inanırıq.

“Yuventus” Real-dan daha yaxşıdır, o, çox yetkin komandadır. Ötən həftə biz çox yaxşı oynadıq, indi həmin şeyi təkrar etmək lazımdır”, – deyə UEFA-nın rəsmi saytı mütəxəssisin sözlərini sitat gətirib.

“Yuventus” – “Ayaks” matçı bu gün axşam Turinin “Alyans” stadionunda keçiriləcək. Amsterdamdakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.