Bu deputatlar üçün yolun sonu göründü-SİYAHI-FOTOLAR

05:46 | 17 Aprel, 2019

YAP-ın parlament seçkiləri öncəsi dairələr üzrə apardığı reytinq təhlilləri bir sıra millət vəkillərinin mandatı ilə vidalaşmasına səbəb ola bilər

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və xalq tərəfindən böyük rəğbətlə qarşılanan siyasi-iqtisadi islahatlar siyasəti hakim Yeni Azərbaycan Partiyasına çatıb. İqtidar partiyası qarşıdan gələn parlament seçkilərinə hazırlıq məqsədi ilə bir sıra dairələr üzrə apardığı monitorinqlərin ilkin mərhələsini yekunlaşdırıb. YAP-ı yerlərdə təmsil edən millət vəkillərinin seçicilər arasında reytinq göstəricilərini müəyyən etmək məqsədilə keçirilən monitorinqlərin nəticəsi bir sıra deputatların mandatı ilə vidalaşmasına səbəb ola bilər”.

Bu barədə xəbər Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Mənbə qeyd edir ki, Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq seçki yarışının favoriti olan YAP VI çağırış parlament seçkilərinə daha da güclü namizədlərlə qatılmağı hədəfləyir: “Yerlərdə keçirilən reytinq monitorinqlərinin də məqsədi budur. Hakim partiya bundan öncəki seçkilərdə bir sıra namizədlərə böyük şans tanımışdı. Onlar YAP-ın partiya olaraq yerlərdəki nüfuzu, xalq arasıdakı etimadı hesabına millət vəkili seçilmişdilər. Lakin bundan sonra əsas vəzifə həmin deputatların üzərinə düşürdü. Onlar öz fəaliyyətləri ilə seçicilər arasındakı reytinqlərini daha da yüksəltməli və dolayısı ilə partiyanın yerlərdəki gücünə güc qatmalıydı. Ancaq Yeni Azərbaycan Partiyasının yerlərdə apardığı monitorinqlərin ilkin nəticələri bəzi dairələr üzrə bu gözləntiləri doğrultmayıb”.

Mənbə bildirib ki, aparılan monitorinqlər bir sıra dairələri təmsil edən deputatların seçicilər arasındakı reytinq göstəricilərinin olduqca aşağı olduğunu üzə çıxarıb: “Yeni Azərbaycan Partiyası yerlərdən gələn reytinq göstəricilərini ciddi şəkildə təhlil edir. Bu monitorinqlərin ilkin mərhələsidir. Əgər yekun dəyərləndirmələr zamanı da eyni nəticələr qeydə alınsa, seçicilər tərəfindən dəstəklənməyən deputatlar qarşıdan gələn parlament seçkilərində partiyanın namizədləri siyahısında yer almayacaq.”

Mənbə eyni zamanda bildirib ki, deputatların 5 illik fəaliyyətinin dəyərləndirilməsi zamanı seçicilər arasındakı reytinqlə yanaşı, onların parlament və ictimaiyyətə yönəlik çalışmaları da diqqətə alınacaq: “Hakim partiyanın deputatlığa namizədlər siyahısı ilə mandat qazanan, lakin hakimiyyətə qarşı hücumlara reaksiya verməyib susqunluq nümayiş etdirən və ümumilikdə günün tələblərinə cavab verməyən parlament üzvlərinə etimad göstərilməyəcək”.

Mənbə iddia edir ki, YAP tərəfindən yerlərdə aparılan araşdırmalar zamanı reytinqi seçicilər və yerli partiya təşkilatları tərəfindən ən aşağı balla qiymətləndirilən, millət vəkili kimi fəaliyyəti iqtidar partiyasının xalq arasındakı nüfuzuna kölgə salan deputatlar aşağıdakı kimi müəyyən olunub:

Kəmaləddin Qafarov-9 saylı Binəqədi ikinci seçki dairəsi
Ağalar Vəliyev-11 saylı Qaradağ seçki dairəsi
Dilarə Cəbrayılova-27 saylı Sabunçu ikinci seçki dairəsi
Xanlar Fətiyev-39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
Mirzəcan Xəlilov-41 saylı Sumqayıt birinci seçki dairəsi
Tahir Süleymanov-54 saylı Şabran-Siyəzən seçki dairəsi
Rüstəm Xəlilov-64 saylı Sabirabad ikinci seçki dairəsi
Malik Həsənov-67 saylı Cəlilabad şəhər seçki dairəsi
Mirkazım Kazımov-68 saylı Cəlilabad kənd seçki dairəsi
Nəriman Əliyev-70 saylı Masallı şəhər seçki dairəsi
İqbal Məmmədov-78 saylı Lerik seçki dairəsi
Əsabil Qasımov-79 saylı İmişli seçki dairəsi
Cavid Osmanov-90 saylı Ağdaş seçki dairəsi
Sevinc Hüseynova-103 saylı Gədəbəy seçki dairəsi
Rafiq Məmmədhəsənov-104 saylı Gədəbəy-Tovuz seçki dairəsi

Editor.az adı məlum siyahıda yer alan və qarşıdan gələn seçkilərdə mandatı ilə vidalaşacağı iddia olunnan deputatların fəaliyyəti ilə bağlı dünyanın ən böyük axtarış sistemi olan “Google” üzərində kiçik araşdırma aparıb. Bəlli olub ki, seçiciləri arasında nüfuzunu itirdiyi iddia edilən bu millət vəkillərinin adı mediada həqiqətən də olduqca qalmaqallı və xoş olmayan hadisələrdə hallanıb.

Məsələn, deputat Kəmaləddin Qafarovla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

Картинки по запросу kəmaləddin qafarov

“Kəmaləddin Qafarov xərçəngdən necə milyonlar qazanır?”(savash.org); Milli Məclisin “dərman qoxulu” deputatı: Kəmaləddin Qafarovun passiv bir ili”(arqument.az); Binəqədinin “suda batan” deputatları – Kəmaləddin Qafarov hardadır?(bakıpost.az); Kəmaləddin Qafarov rəqiblərini necə zərərsizləşdirdi – “Ağ xalatlı xilaskar”dan “master klass”(qlobal.az); Kamera, mikrafon fobiası olan “lal deputat”: Kəmaləddin Qafarov susur, rüşvət danışır”(savash.org); “Kəmaləddin Qafarov üçün səhiyyə rəzaləti: Onkologiya Mərkəzi rüşvət xərçənginə tutulub”(azmedia.info); “Parlamentin “lal”, dərman biznesinin monopolist deputatı: Kəmaləddin Qafarov”(gundeminfo.az); Kəmaləddin Qafarov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır(yap.org.az); “Başı aptek biznesinə qarışan və 1 ildə cəmi 1 açıqlaması çıxan deputatı siz də tanıyın — FOTO”(regionaz.tv), “Təhqirlərə susub komandada “xərçəng”ə çevrilən deputat – Kəmaləddin Qafarov”(teref.info); “Kamaləddin Qafarov deputatdır, yoxsa kəşfiyyatçı? – İlginc dosye”(xezer.info)

Cəlilabadı Milli Məclisdə təmsil edən Malik Həsənov da həmkarından “geri qalmır”. Onunla bağlı internetdə aparılan axtarışın nəticələri isə belədir:

Картинки по запросу malik həsənov

“Cəlilabadın icra başçısı Malik Həsənovu niyə qəzəbləndirib? – Qalmaqal”(savash.org); Millət vəkili Malik Həsənov Cəlilabad icra başçısının müavinini döyüb?- Deputat fironluğu”(miq.az); “Malik Həsənov YAP-ın “faydasızlar” siyahısında”(musavat.com); “Malik Həsənov deputat olmaq üçün Fərhad Əliyevdən kömək istəyib? – ilginc iddia”(gundeminfo.az); “Kərəm Həsənovun qardaşı Malik Həsənovla bağlı – ŞOK DEPUTAT “PLANI”(cia.az); ‘Malik Həsənov deputatdır? Vallah mən belə deputat tanımıram’ – Onu heç kim tanımadı”(azxeber.com); “Malik Həsənovun “Mediland Hospital”ında nə baş verir? “(qlobal.az); “Kərəm Həsənovun qardaşı 70 ailənin mülkünü mənimsəyib?”(simsar.az); “Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzı çıxdı”(korrupsiya.az); “Malik Həsənov Cəlilabadda yeni icra başçısı tərəfindən prezident kimi qarşılanıb? – İddia” (xalqxeber.az); “Kərəm Həsənovun xəyanət və imperatorluq tarixçəsi: Fərhad Əliyevdən prezidentədək”(cumhuriyyet.az)

Millət vəkili Əsabil Qasımovun da adı tez-tez Milli Məclisin iri biznesmen deputatları və qalmaqallı üzvləri sırasında çəkilir. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

Картинки по запросу əsabil qasımov

“Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub-ŞİKAYƏT …”(afn.az); “Deputat Əsabil Qasımovun Qazaxıstanda biznes şəbəkəsi aşkarlandı”(yenixeber.org); “Deputatın biznesində şok maxinasiya: “Əsabil dedi ki, qardaşını həbsdə çürüdəcəm…”(virtualaz.org); “Deputatın oğlu kimə zor tətbiq edib? – Əsabil Qasımov haqda şok iddia”(mia.az); “Deputat Əsabil Qasımovdan prezidentə şikayət olundu “(millet.az); “Deputat Əsabil Qasımov Rusiyada 1,5 milyarda sanatoriya tikdirib”(gundeminfo.az); “ŞOK: Karmen” ununu Ermənistanda “Armen” adı ilə satışa çıxaran kimdir? – Əsabil Qasımov haqda ilginc iddialar”(azertaym.az); “Deputat Əsabil Qasımov un məmulatlarını bahalaşdırdı”(azerbaycaninfo.az); “Oliqarx-deputat Əsabil Qasımov iş adamını intihar həddinə çatdırıb”(xezernews.az); “Əsabil Qasımov: Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib”(yap.org.az)

Masallını təmsil edən deputat Nəriman Əliyevlə bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

Картинки по запросу nəriman əliyev

“Deputat Nəriman Əliyevin adı narkotik alverində”(7news.az); “Deputat Nəriman – Əliyev vətəndaşın evini əlindən aldı – Ştutqart qorxusu…”(bizimxeber.az); “Deputat işçisini tutdurdu: Nəriman Əliyev evini və maşınlarını əlindən aldı”(xalqxeber.az); “Deputat Nəriman Əliyevin diplomu saxtadır?”(aznews.az), “Deputat Nəriman Əliyevin ölkədən çıxmasına qadağa qoyulub”(nuh.az); “Deputat Nəriman Əliyev avtoxuliqan oğlundan imtina etdi-İLGİNC”(araz.az); “Deputat hədə-qorxu ilə hər şeyimi əlimdən aldı!” – Nəriman Əliyevə qarşı ŞOK ittihamlar!(bakipost.az)

İqbal Məmmədovu isə parlamentin ən qalmaqallı üzvlərindən biri hesab etmək olar. Onunla bağlı “Google”də apardığımız axtarışın nəticəsi belədir:

Картинки по запросу iqbal məmmədov

“Deputat İqbal Məmmədovun oğlu “Relax”da iranlı turistləri döyüb? – İDDİA”(aztoday.az); “Onu yalnız Relax-da görə bilirik, o da içkili halda’ – Hacı olan İqbal Məmmədov haqda fikirlər(Azxeber.com); “Deputat İqbal Məmmədov kəndlilərin istifadə etdiyi suya qan axıdır – ŞOK GÖRÜNTÜLƏR”(24saat.org); “Deputat donuz biznesinə girişib-ŞOK MÜRACİƏT”(aydinliq.az); “Lal deputat”: İqbal Məmmədov nə vaxt çıxış etdiyini unudub”(sfera.az); Deputat İqbal Məmmədov mühafizəçini döyüb – İDDİA(milliyol.az); Lerik sakinləri deputat İqbal Məmmədovu axtarır(report.az); Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananlar var(milliyol.az); Deputat mənzil fırıldağının qurbanı olub – 654 min dolları batıb(www.mediatv.az); “Deputat İqbal Məmmədov xuliqanlıq edib?-ZİYAFƏT ƏSGƏROVA ŞİKAYƏT”(tezadlar.az); “Deputat İqbal Məmmədov 1500 Lerik sakininə “Kərbəla müsibəti” yaşadır”(tendensiya.com);

Milli Məclisin veteran deputatı statusunu qazanmaqda olan Rüstəm Xəlilov da medianın ən çox tənqid hədəfində olan millət vəkillərindəndir. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

Картинки по запросу rüstəm xəlilov

“Rüstəm Xəlilov qardaşımı və oğlumu qanunsuz həbs etdirib- ŞİKAYƏT+VİDEO”(gundeminfo.az); “Oğlu maliyyə xəyanətində, özü deputatlıq eşqində-Rüstəm Xəlilov niyə yenə deputat olmaq istəyir?”(afn.az); “Rüstəm Xəlilov YAP-ın nüfuzuna xələl gətirir – Deputatın seçiciləri belə düşünürlər”(liderinfo.az); “Deputat Rüstəm Xəlilovun “cəza dəstələri” Sabirabadda fəaliyyətə keçib(azerbaycaninfo.az); “Rüstəm Xəlilov üçün yolun sonu göründü(yenicag.az); “Deputat müəllimləri həbs etdirib?(qafqazxeber.az); “Sabirabadın yenilməz Rüstəm bəlası – ARAŞDIRMA(realliq.info); “Deputat Rüstəm Xəlilov: “Məni mənəvi cəhətdən sındıra bilməyiblər(modern.az);

Deputat Ağalar Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:

Картинки по запросу ağalar vəliyev

“Parlamentin Ağalar Vəliyev kabusu: biznes imperiyasından MTN torunadək”(cumhuriyyet.az); “Ağalar Vəliyev fəhlələrin qəpiyin ədə göz dikib – İDDİA”(gundeminfo.az); “Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az);

Sumqayıtı təmsil edən deputat Mirzəcan Xəlilov da barəsində yayılan mənfi xəbərlərin sayına görə, həmkarları ilə “yarışır”. Onunla bağlı internetdə aparılan axtarışın nəticələri isə belədir:

Картинки по запросу mirzəcan xəlilov

“Deputat Mirzəcan Xəlilov barəsində şok məlumatlar”(musavat.com); “Sumqayıtlı ağsaqqal seçicilərlə görüşdə Mirzəcan Xəlilovu pərt edib”(savash.org); “Fəhlə pulunu mənimsəyən deputat Mirzəcan Xəlilov”(yenicag.az); “Deputat Mirzəcan Xəlilovun qalmaqallı villası – VİDEO”(cumhuriyyet.az); “Deputat Mirzəcan Xəlilovun qızı Günay Xəlilova həyat yoldaşımı analıqdan məhrum edib – ŞİKAYƏTÇİ”(antv.az)

QEYD: Yazıda əksini tapan məqalə başlıqları dövrü mətbuatda yayımlanıb və bir çoxu rəsmi şəkildə təkzib edilməyib.