“Azərbaycan Dəmir Yolları” QSC-nin maşinisti teplovozdan yıxılıb öldübackend

“Azərbaycan Dəmir Yolları” QSC-nin maşinisti teplovozdan yıxılıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda maşinist teplovozdan yıxılaraq ölüb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Z.Bünyadov prospektində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus teplovozun maşinisti Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından Bakı Metropoliteninə gedən dəmir yolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan oradan yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

//Trend