ABŞ və Türkiyə S-400 məsələsində razılığa gələ bilmədibackend

ABŞ və Türkiyə S-400 məsələsində razılığa gələ bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Rusiyadan S-400 raket-zenit kompleksləri alması ilə aparılan məsləhətləşmələrdə Vaşinqton və Ankara ümumi razılığa gələ bilməyiblər.

Pentaqonun yaydığı bəyanatda deyilir ki, Rusiyadan alınacaq bu raket-zenit kompleksləri regionda ABŞ qırıcıları üçün təhlükə yarada bilər. Məsləhətləşmələrlə bağlı yayılan məlumatda rəsmilər ABŞ və Türkiyənin dalana dirənmiş məsələnin həll olunmadığını qeyd ediblər.

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ümid edir ki, ABŞ S-400-lərin alışı ilə bağlı Ankaraya qarşı sanksiyalar qəbul etməyəcək.

//Trend