Bakıda qadını soyub, əxlaqsız hərəkət edən xalaoğlular barədə YENİ MƏLUMATbackend

Bakıda qadını soyub, əxlaqsız hərəkət edən xalaoğlular barədə YENİ MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən İntiqam Yunusov və xalası oğlu Yaqub Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib.
Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.
Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İ.Yunusov və xalası oğlu Qax rayon sakini Y.Məmmədov saxlanılıblar.
///Lent.az