Qasırğanın ardınca daşqınlar Pakistanı viran qoydu – 39 ölü, 135 yaralıbackend

Qasırğanın ardınca daşqınlar Pakistanı viran qoydu – 39 ölü, 135 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda təbii fəlakətin yaratdığı fəsadların miqyası böyüməkdə davam edir.

Aramsız yağan yağışlar çayların daşmasına səbəb olub. Daha ciddi fəsadlar Pəncab, Bəlucistan və Heybər-Paxtunxva rayonlarında qeydə alınıb. Daşqınlar nəticəsində 39 nəfər həlak olub, 135 nəfər xəsarətlər alıb.

Qeyd edək ki, daha öncə isə Pakistanın Kəraçi şəhərində toz qasırğası ciddi dağıntılar yaratmış, ağacları aşırmışdı. Qasırğa nəticəsində ölənlərin sayı isə 25 nəfərə çatmışdı.

//Trend