İlham Əliyevdən icra başçısı ilə bağlı SƏRƏNCAM

16:52 | 17 Aprel, 2019

Prezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Editor.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.