Mustafa Aydına Azərbaycanda “Fəxri Doktor” adı verildibackend

Mustafa Aydına Azərbaycanda “Fəxri Doktor” adı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin İstanbul Aydın Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Kooperasiya Universiteti və Türkiyənin İstanbul Aydın Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədin imzalanması mərasimi Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat, professor Eldar Quliyevin, İstanbul Aydın Universitetinin təsisçisi, Avrasiya Universitetlər Birliyinin sədri Dr. Mustafa Aydının, eyni zamanda, hər iki ali təhsil ocağının əməkdaşlarının iştirakı ilə keçirilib.

Tədbirdə çıxış edən E.Quliyev Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və Türkiyə istənilən məsələdə bir-birinə dayaqdır. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır və dünyada analoqu yoxdur. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib və bizim dövlətimiz də daim Türkiyənin yanında olub. Təbii ki, ikitərəfli əlaqələrin inkişafı təhsil sahəsində əməkdaşlıq üçün münbit şərait yaradır. Biz də bu şəraitdən səmərəli istifadə edərək rəhbərlik etdiyimiz ali təhsil ocaqları arasında qarşılıqlı təcrübə, tələbə və müəllim mübadiləsini həyata keçirəcəyik. Bu əməkdaşlıq hər iki universitet üçün uğurlu olacaq.

Sonra Dr. Mustafa Aydın çıxış edərək deyib ki, bu gün, sözün həqiqi mənasında, Azərbaycanla Türkiyə iki qardaş ölkə kimi bütün dünyaya birlik və bərabərlik modelini təqdim edir. Biz burada özümüzü öz vətənimizdə hiss edirik. Azərbaycan bizim üçün Türkiyə qədər əziz və doğmadır. Bizim isə əsas məqsədimiz bu tarixi ənənəni gələcək nəsillərə ötürməkdir. Azərbaycan Kooperasiya Universiteti ilə əməkdaşlıq etməkdən çox məmnunuq.

Sonda Eldar Quliyev Mustafa Aydına beynəlxalq səviyyədə təhsil sahəsində göstərdiyi yüksək xidmətlərə görə, “Azərbaycan Kooperasiya Universitetinin Fəxri Doktoru” diplomunu təqdim edib.