Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit

11:15 | 18 Aprel, 2019

31 mart seçkilərində AKP-nin İstanbul Böyükşəhər Bələdiyyə rəhbərliyinə namizədi Binəli Yıldırım ötən gün qələbəsi təsdiqlənən Əkrəm İmamoğlu ilə bağlı tvitterdə açıqlama yayıb.

Açıqlamada deyilir:

“İstanbulda keçirilən seçkilərdən sonra Rayon Seçki Komissiyası cənab Əkrəm İmamoğluna bələdiyyə sədri vəsiqəsini verdi. Qərarın xeyirli olmasına ümid edirəm. Ölkədə demokratiya və hüquq öz sözünü dedi. Artan gərginliyin lazımsız olduğu aydın oldu.Partiyamız hüquqi haqlarını istifadə etməyə davam edir. Son söz Yüksək Seçki Qurumunundur”.

Xatırladaq ki, Millət İttifaqının namizədi Əkrəm İmamoğlu seçkilərdə 48,79 faiz səslə (4 milyon 169 bin 765 səs) qalib gəlib. O, bələdiyyə seçkilərindən 17 gün sonra vəzifəsini icra etməyə başlayıb

//qafqazinfo